26 Oktyabr 2018 13:54
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Türkiyənin Rusiyaya məxsus S-400 zenit-raket komplekslərini alması bu ölkə üçün ciddi fəsadlarla nəticələnəcək.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan rəsminin sözlərinə görə, Vaşinqton Ankaraya mümkün sanksiyalar və ciddi fəsadlar barədə xəbərdarlıq edib.

Dövlət Departamentində həmçinin vurğulayıblar ki, bu alış NATO-nun Varşavadakı sammitində müttəfiqlərin üzərinə götürdüyü öhdəliyi pozur.

Qeyd edək ki, ABŞ əvvəllər də Türkiyə ilə Rusiyanın bu əməkdaşlığına mənfi münasibəti bəslədiyini açıqlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər