Latviyanın Danimarkadan satın aldığı “Stinger” hava hücumundan müdafiə sistemləri ölkəyə gətirilib.
Teleqraf.com-un məlumatına görə bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Latviya raket qurğularını uğurla tətbiq etmək üçün digər NATO ölkələrinin silahlı qüvvələri ilə əməkdaşlıq edəcək. Latviya hərbçiləri bu ilin avqustunda Finlandiyada “Stinger” operatorluğunu öyrəniblər.
Qeyd edək ki, “Stinger” kompleksi hava hücumundan müdafiə raketlərindən və onları buraxmaq üçün qurğulardan ibarətdir. Bu kompleks bir neçə il Danimarka ordusunun sərəncamında olsa da, istifadə olunmayıb. Hazırda Latviya ordusunun istifadəsində “RBS-70” yaxın mənzilli raket kompleksi var.