İstanbulda gecə saatlarında Bəyazit parkında iki qrup arasında dava baş verib. Qruplardan birində təmsil olunan şəxs tüfənglə ətrafa güllə atmağa başlayıb. Nəticədə bir nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, daha sonra hadisə yerinə polis gəlib. Silahlı şəxs 300 metr aralandıqdan sonra Kababçı adlı restorana daxil olaraq orada işləyənləri əsir alıb və havaya atəş edərək ona heç kimin yaxınlaşmamasını bildirib.
Bir müddətdən sonra polis həmin şəxslə danışıq apararaq onu tərki-silah edib və həbs edib.