29 Oktyabr 2018 02:14
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qəzza zolağına yönəlik hava hücumu zamanı 3 fələstinli ölüb.

Teleqraf.com xəbər verir ki, İsrail öldürülən şəxslərin Qəzza ilə sərhəddə partlayıcı qurğu qoyduğuna görə atəş açıldığını bəyan edib.

"Üç fələstinli Qəzzanın cənub hissəsində təhlükəsizlik hasarına yaxınlaşdı, onu zədələməyə cəhd etdi və ehtimal ki, onun yaxlınlığında əldəqayırma partlayıcı qurğu qoymağa cəhd etdi. Buna cavab olaraq, İsrail Müdafiə Ordusunun aparatı onlar istiqamətində atəş açıb", - deyə İsrail ordusunun məlumatında deyilir.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra öldürülən şəxslərin 12 və 14 yaşlarında uşaqlar olduğunu söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər