29 Oktyabr 2018 21:57
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan vətəndaşları artıq seçkilərə inanmır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Etnik Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib.

Gürcüstanda siyasi apatiyanın güclü olduğunu bildirən politoloq qeyd edib ki, ictimai rəy sorğularında gürcülərin əksəriyyəti seçkilərə maraq və ümidlərinin olmadığını bildirir:

“Səslərin əksəriyyəti reklama və namizədlərin ictimai əlaqələrinə görə verilib. Seçkilər üçün xərclənən pulun miqdarı Gürcüstan standartlarından olduqca çoxdur. Bu, kifayət qədər böyük məbləğdir”.

Boqdan Bezpalko hesab edir ki, gürcülər namizədlərin ölkədəki böhranı həll edəcəyinə inanmır:
“Demək olar ki, Gürcüstanda seçkilər demokratik keçirilir, lakin vətəndaşların əksəriyyəti gələcəyini seçkilərlə əlaqələndirmir və namizədlərin heç birinə etibar etmir. Son illər ərzində prezidentliyə namizədlərin səsləndirdiyi bəyanatlara baxmayaraq, Gürcüstan 90-cı illərdən etibarən vəd edilən rifaha nail ola bilmədi. Buna görə də növbəti dəfə sürətli müsbət dəyişikliklər vəd edən heç kimə etibar edilmir”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri keçirilir. İlk turda ölkənin yeni başçısının kimliyinə aydınlıq gətirilməyib. Namizədlər ikinci turda yarışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər