30 Oktyabr 2018 14:49
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəal Rəhman Qasımi Təbriz şəhərində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəal İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra naməlum istiqamətə aparılıb.

Rəhman Qasıminin hansı səbəbdən saxlanıldığı və barəsində hansı ittihamın irəli sürüldüyü bilinmir.

Rəhman Qasımi urmiyalı xanım fəal Ulduz Qasıminin qardaşıdır. Bacı-qardaş mədəni fəaliyyətlərinə görə dəfələrlə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Rəhman Qasımi bundan əvvəl iyunun 7-də Bəzz qalasına yürüşdən sonra Urmiyada saxlanılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər