İŞİD terror təşkilatı yerləşmək üçün özünə ölkə seçib. Radikallar böyük ehtimalla öz qüvvələrini İordaniyaya dislokasiya edəcək.
Teleqraf.com xəbər verir ki, bu iddia ABŞ-da nəşr olunan “The National Interest” jurnalında dərc olunmuş analitik materialda yer alıb.
Məqalədə hazırda İŞİD-in sıralarında 3 min iordaniyalı militanın olduğu bildirilib. İordaniyada işsizlik və yoxsulluq səviyyəsinin yüksəlməsinin ölkənin təhlükəsizliyini təhdid etdiyi diqqətə çatdırılır.
Məqalə müəllifi Suriya və İraqda ideoloji və hərbi cəhətdən peşəkarlaşmış militanların öz ölkələrinə qayıdacağına inanır. Bu da İordaniya üçün ciddi təhdid deməkdir.