Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər Suriyanın İdlib və Münbic şəhərlərindəki son vəziyyət və digər beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər iki ölkə arasında və regional məsələlərdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Ərdoğan öz növbəsində ABŞ-da sinaqoqa edilən hücuma görə Trampa və Amerika xalqına başsağlığı verib.
Qeyd edək ki, bu gün Türkiyə və ABŞ Minbicdə birgə patrul fəaliyyəti həyata keçirməyə başlayıblar.