2 Noyabr 2018 17:58
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail “S-300” zenit-raket sistemlərinin hədəfinə çevrilməsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Teleqraf.com xəbər verir ki, Avstriyada nəşr olunan “Contra” qəzeti Rusiyanın “İL-20” qırıcısının vurulmasından sonra Suriyadakı İsrail hərbi qüvvələri gözlənilməz hücumlardan ehtiyat edir.

Qəzet bildirir ki, Rusiyanın Suriyada “S-300” sistemləri yerləşdirməyə hazırlaşmasına baxmayaraq, İsrail Bəşər Əsəd ordusunun mövqelərinə qarşı hücumları dayandırmaq niyyətində deyil: “Məlum “İL-20” faciəsindən bu yana keçirilən əməliyyatlara geniş yer verən İsrail mediası Rusiyanın Suriyada “S-300” yerləşdirmək planını gündəmə gətirmir”.

Qeyd edək ki, sentyabr ayında Rusiyanın Suriyadakı hərbi bazası yaxınlığında vurulan qırıcıda 15 rus hərbçisi həlak olmuşdu. Rusiya Müdafiə Nazirliyi Suriyadakı hədəflərinə hücum edən İsrail qırıcılarının rus təyyarəsini “qalxan” kimi istifadə etdiyini və buna görə də, Suriyanın raket sistemlərinin rus qırıcısının vurmasına səbəb olduğunu açıqlamışdı.

Hadisədən sonra Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriyadakı rus hərbi qüvvələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu ölkəyə “S-300” raket sistemlərinin göndəriləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər