3 Noyabr 2018 15:56
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal ilə ABŞ dövlət katiblinin müşaviri David Hale arasında Vaşinqtonda görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlər və regional mövzular müzakirə edilib.

Dövlət Departamenti Türkiyə-Amerika diplomatik əlaqələrində son təmasla bağlı açıqlama yayıb.

Açıqlamada görüşdə iki ölkənin əlaqələrində son vəziyyət və regional məsələlərin müzakirə olunduğu qeyd edilib.

Bildirilib ki, tərəflər oktyabrın 1-də Menbicdə ABŞ-la Türkiyənin birgə sülh yaratma fəaliyyətində məmnuniyyət duyur.

Açıqlamada David Helenin Suriyanın şimal-şərqində son günlər qarşılıqlı hücumlara son qoyulması çağırışı etdiyi, eyni zamanda rahib Bransonun ABŞ-a qayıtmasından məmnuniyyət duyulduğu vurğulanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər