Güney Azərbaycanı İranın futbol çempionatında təmsil edən “Traktor” (Təbriz) klubu növbəti qarşılaşmada Tehran təmsilçisi “Peykan”ın qonağı olub.
Teleqraf.com xəbər verir ki, Tehranda baş tutan qarşılaşmada Güney Azərbaycan komandası rəqibini 1:2 hesabı ilə məğlub edib.
“Traktor”a qələbə qazandıran qolları İman Səlimi və Danyal İsmailifər vurub. Rəqib komandada isə Məhəmməd Qazi fərqlənib.
Bu nəticədən sonra “Traktor” 19 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
90 dəqiqə ərzində güneyli fəallar komandalarını dəstəkləyib, tribunadan milli şüarlar səsləndiriblər.
Oyun zamanı Güney Azərbaycanın müxtəlif bölgələrindən görüşdə tamaşaçı qismində iştirak edən soydaşlarımız “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” şüarı səsləndiriblər.
Oyunun videogörüntüsünü təqdim edirik: