28 Aprel 2014 18:59
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya Federasiyasının 7 yüksək vəzifəli vətəndaşı və 17 şirkətinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Teleqraf.com-un “RİA Novosti”yə əsasən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Cey Karni (James “Jay” Carney) sanksiyaların Krımın Rusiya tərəfindən ilhaqı və Moskvanın Ukrayna ilə bağlı mövqeyi ilə bağlı tətbiq olunduğunu açıqlayıb: “Aprelin 17-dən indiyədək Rusiya Cenevrə razılaşmalarına əməl etmək üçün heç nə etməyib. Əksinə, böhranı daha da gərginləşdirib”.

C. Karni bəyan edib ki, Ukraynanın şərqindəki zorakılıqlarda Rusiyanın əlini olması şübhəsizdir: “Bu gün Amerika bəzi Rusiya vətəndaşlarına və şirkətlərinə sanksiyalar tətbiq edir, eləcə də ABŞ-dan Rusiyaya bəzi məhsulların ixracına lisenziya verilməsini çətinləşdirir. Maliyyə Nazirliyi prezident Putinin yaxın ətrafındakı 2 nəfər də daxil olmaqla, 7 rusiyalı rəsmi şəxsə sanksiya tətbiq edir. Onların aktivləri dondurulacaq və ABŞ vizası almaları qadağan olunacaq. Bu, Putinin yaxın ətrafı ilə əlaqəli 17 şirkətə də aiddir”.


Rusiya bundan sonra ABŞ-dan öz hərbi sənayesi üçün lazım olan məhsulları da ala bilməyəcək. Siyahıya aşağıdakı şəxslər və şirkətlər daxildir:

Baş nazirin müavini Dmitri Kozak,
Kreml administrasiyası rəhbərinin 1-ci müavini Vyaçeslav Volodin,
Rusiya prezidentinin Krımdakı səlahiyyətli nümayəndəsi Oleq Belaventsev,
“Rosneft”in rəhbəri İqor Seçin,
“Rostexnoloqii” (Rostex) Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov,
Federal Mühafizə Xidmətinin direktoru, ordu generalı Yevgeni Murov,
Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov,
“Akvanika” MMC,
“Avia qrupp” MMC,
“Avia Nord qrupp” MMC,
“Zest” QSC,
“İnvestkapitalbank”,
“Sobinbank”,
“Saxatrans”,
“SMP Bank”,
“Stroyqazmontaj”,
“Stroytransqaz”,
“Stroytransqaz - M”
“Abros” investisiya şirkəti,
“Transoyl”,
“Volga Group”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər