5 Noyabr 2018 14:50
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi müzakirə mərhələsindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Nağdalyan açıqlama verib.

Nağdalyanın sözlərinə görə, müzakirələr qapalı aparılır, qərar məxfi saxlanılır.

O, müzakirələrin təfərrüatını açıqlaya bilməyəcəyini diqqətə çatdırıb.

Rusiyada nəşr olunan “Kommersant” qəzeti isə artıq KTMT-yə yeni baş katibin təyin edildiyini yazıb. “Rus NATO-su”na növbəti dönəmdə Belarus rəhbərlik edəcək.

Qəzet yazır ki, posta Belarusun Təhlükəsizlik Şurasının rəisi Stanislav Zas təyin olunacaq: “Rəsmi İrəvan isə postun onda qalacağına ümid edirdi”.

“Kommersant” Xaçaturov biabırçılığından sonra Ermənistanın bir daha KTMT rəhbərliyində yer almayacağını da iddia edib. Bununla Ermənistan qurumda veto hüququndan məhrum edilə bilər.

Qeyd edək ki, KTMT-nin Ermənistandan olan baş katibi Yuri Xaçaturov vaxtından əvvəl postundan uzaqlaşdırılıb. Erməni general 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahdan atəş açmaq əmrini icra etməkdə ittiham edilir. KTMT bunun hərbi ittifaqın nüfuzunu zərbə altında saxladığını bildirirək, Ermənistanı dönəm rəhbərliyindən uzaqlaşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər