23 Avqust 2014 15:13
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Levon Ayrapetyanın müdafiəsi üzrə qərargah erməni sahibkarın saxlanılmasına etiraz əlaməti olaraq Şarl Aznavurdan Rusiyadakı son çıxışını ləğv etməyi xahiş edib.

Tanınmış erməni mənşəli Fransa şansonyesi Şarl Aznavurun konsertinin 3 oktyabrda Moskvada keçiriləcəyi nəzərdə tutulur. Qərargah konsertin zərəri ilə bağlı xərcləri öz üzərinə götürəcəyini açıqlayıb:

"Biz anlayırıq ki, konsertin ləğvi zərərlərlə nəticələnəcək. Zərərlərin kompensasiyaları ilə əlaqədar olaraq bizim rəsmi nümayəndəmizlə əlaqə saxlaya bilərsiniz".

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada erməni diasporunun ən varlı nümayəndələrindən biri Levon Ayrapetyanı həbs edib. Ayrapetyan iyulun 15-də Monakodan Moskvaya gələrkən “Domodedovo” hava limanında saxlanılıb.

Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar qruplaşmalardan birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Erməni milyarderin bu cinayətkar qruplaşmaya bağlılığı haqda sabiq senator İqor İzmestyev istintaqa ifadəsində bildirmişdi.

Levon Ayrapetyan dünyanın ən varlı ermənilərindən sayılır. O, qondarma erməni soyqırımının dünya miqyasında tanınması üçün milyonlar ayırıb.

/anspress/


Müəllif: