8 Noyabr 2018 16:07
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinə yeni üzv seçilmiş Antono Brindis senatdakı fəaliyyəti dönəmində “ermənilərin səsi” olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, o, erməni əsilli olduğunu etiraf edib.

Antoni Brindis deyib: “Nənəm Edesiyada ermənilərə qarşı baş verən soyqırımdan möcüzəli şəkildə xilas oldu. Nənəm Suriyanın Hələb şəhərində doğulub. Daha sonra ABŞ-a köçüb. Nənəm və ailəsi Amerikaya iş üçün gəlib. Əlbəttə, erməni köküm avtobioqrafiyamın əsas hissəsidir”.

Ermənilərdən ona böyük dəstəyin verildiyini və buna görə də, ermənilərlə işbirliyində çalışacağını bildirib:

“Erməni icması ilə işləyəcəyəm. Vaşinqtonun erməni soyqırımını tanıması üçün əlimdən gələn hər şeyi edəcəyəm. Fəaliyyətim dönəmində ermənilərin səsi olmağı planlaşdırıram”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər