8 Noyabr 2018 17:36
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paxıl Nikol Paşinyan öz iqtidarını xalqla bölüşmədi və Konstitusiyanı dəyişdirmək istəmədi.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Milli Müqəddəratı Təyinetmə Partiyasının rəhbəri Paruyr Hayrikyan deyib.

Hayrikyana görə, Baş nazir Nikol Paşinyan ölkədə xalqın gözlədiyi demokratiyanı bərqərar edə bilmədi:

“Niyə Ermənistandan kənarda yaşayan vətəndaşlara seçkilərdə səs vermək hüququ verilmir? Həm əvvəlki, həm də indiki hakimiyyət öz kreslolarını fəda etməyə hazır deyil. Əgər kreslo bölüşdürülə bilən bir şey olsaydı, Nikol Paşinyan heç vaxt baş nazir olmaq istəməzdi”.

Paruyr Hayrikyan qeyd edib ki, iki dəfə parlament tərəfindən seçilməmiş bir şəxs baş nazir olmaq üçün qanuni haqqa sahib deyil, buna görə də öz postundan ayrılmalı idi.

O, namizədliyi iki dəfə parlament tərəfindən rədd edilmiş Paşinyanın qeyri-qanuni yolla baş nazir postunu tutduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər