Suriya ordusu Palmira bölgəsində İŞİD terror təşkilatının mövqelərinə qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyatda terror təşkilatının saxladığı əsirlər azad edilib.
Qarşıdurmada terrorçuların hamısı öldürülüb və İŞİD-in bölgədəki yeganə qruplaşması tamamilə dağıdılıb.
Əməliyyat nəticəsində ümumilikdə 19 qadın və uşaq terrorçulardan xilas edilib.
Qeyd edək ki, iyulun 25-də Şüveyda şəhəri İŞİD-in hücumlarına məruz qalmışdı. Terrorçular gözlənilməz hücumda çoxlu sayda insanı qətlə yetirmişdi. Bir çox insan isə əsir götürülmüşdü.