10 Noyabr 2018 17:53
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələb, Hama və Latakiya əyalətlərinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində Suriya ordusunun 6 hərbçisi həlak olub, 5-i yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində bildirilib.

Hərbi əməliyyatlar rejiminin dayandırılması üzrə Türkiyə nümayəndələrinin də daxil olduğu birgə komissiya atəşkəs rejiminin 9 dəfə pozulmasını qeydə alıb.

Ancaq Rusiya Müdafiə Nazirliyinin məlumatında Türkiyə tərəfinin pozuntuları qeydə almadığı vurğulanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər