Anası Gülnihal Açıqgözlə küsülü olan məşhur müğənni Hadisə ailədəki yalqızlığının çarəsini tapıb.
Teleqraf.com xəbər verir ki, müğənni 11 yaşında olanda anasından ayrılan və Belçikada yaşayan atası Həsən Açıkgözü Türkiyəyə gətirmək istəyir.
Qeyd edək ki, yaxın zamanlarda Hadisənin anası qızlarının onunla maraqlanmadığını söyləyərək dərman içib intihara cəhd eləmişdi. O vaxtdan Hadisə ilə anasının arası yoxdur.