24 Avqust 2014 22:54
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 24-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsinin Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi yeni silahların təqdimat mərasimində iştirak edib.

Teleqraf.com AzərTac-aa istinadən xəbər verir ki, H. Ruhani İran silahlı qüvvələrinin istifadəsinə verilən yeni “Qədr”, “Nəsr Bəsr” adlı müasir tipli raketlər və pilotsuz təyyarələrlə tanış olub. Prezident nazirlikdə təşkil olunmuş sərgiyə baxıb. Sərgidə müdafiə sənayesinin istehsalı olan 470 məhsul nümayiş etdirilib.

Mərasimdə çıxış edən prezident H. Ruhani bildirib ki, İran heç bir ölkə ilə hərbi rəqabət aparmır və heç bir ölkəyə təcavüz etmək niyyətində deyil. Yeni silahlar yalnız müdafiə xarakteri daşıyır.


Müəllif:

Oxşar xəbərlər