11 Noyabr 2018 19:41
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyənin İstanbuldakı konsulluğunda oktyabrın 2-də qətlə yetirilən jurnalist Camal Qaşıqçının son sözləri yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Nazif Karaman ‘Əl-Cəzirə’ telekanalında məlumat verib.

”Mən boğuluram… Bu paketi başımdan çıxarın. Mən havasızlığa qarşı fobiyam var”- deyə səs yazısında eşidilir.

Səs yazısı tam yayılmayıb. Qətl prosesinin 7 dəqiqə davam etdiyi bildirilir. Türkiyənin "Daily Sabah" qəzeti Qaşıqçının səs yazısının mətnin tam versiyasını növbəti sayılarına dərc edəcək.

Qeyd edək ki, Türkiyə tərəfi Qaşıqçının öldürüldükdən sonra doğranılaraq turşuda əridildiyini iddia edib. .

Qətlin audio yazısı dünyanın aparıcı dövlətlərinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər