İran İnqlabı Keşikçiləri İsrailə aid pilotsuz təyyarəni ələ keçirdiyini elan edib.
ANS PRESS-in xəbərinə görə təyyarənin nüvə obyektlərinin yaxınlığında ələ keçirildiyi bildirilib.
Pilotsuz təyyarənin Natanz uranı zənginləşdirmə mərkəzi barədə məlumat topladığı iddia olunub.
Xatırladaq ki, rəsmi Tehran 2011-ci ilin dekabrında ABŞ-a aid pilotsuz təyyarə ələ keçirdiyini elan etmiş, bu barədə görüntüləri bütün dünyaya yaymışdı.