Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın mütləq güc olmasına imkan vermək lazım deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim Respublikaçı Partiyası sədrinin köməkçisi Armen Aşotyan deyib.
O dekabrda keçiriləcək seçkilərdə Paşinyanın qalib gələcəyini bildirib:
“Hakimiyyətdə kimin olacağı bəllidir. İndi isə müxalifətin hansı formada qurulacağını bilməyə ehtiyacımız var. Buna görə də düşünürəm ki, Nikol Paşinyan mütləq güc olmamalıdır, buna imkan vermək lazım deyil.
Xüsusilə də, ölkədə demokratiya istəyən Avropa İttifaqı tərəfdarları şərtlərin hər kəs üçün bərabər bölüşdürülməsi işində iştirak etməlidir”.