13 Noyabr 2018 15:54
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan qonaq olduğu Best FM radiostansiyasında italyanca mahnı ifa edib.

Teleqraf.com xəbər verir ki, Bilal Ərdoğan “Fənərbaxça” futbol klubunun fanatı olduğunu və övladlarının da bu komandanın tərəfdarı olmasını istədiyini söyləyib.

Bilal Ərdoğan 3-4 ildir “Fənərbaxça” matçlarını tribunadan izlədiyini söyləyib: “Futbol izləyicisiyəm və futbol mədəniyyətim yaxşıdır. Fanatik tərəfdar deyiləm. Övladlarımı fənərbaxçalı kimi böyütmək, komandamı onlarla eyni rəngləri sevərək dəstəkləmək istəyirəm”.


Müəllif: Nərgiz