Bu gün Donetskdə Ukraynanın federallaşmasına qarşı çıxan nümayişçilərə hücum olub.
.
Ukrayna mtbuatının yaydığı məlumata görə, Donetsk şəhərində vahid Ukraynaya dəstək marşının iqtirakçılarına kamuflyajlı və dəyənəkli adamlar hücum ediblər. Üzərində tanınma nişanı olmayan hərbi kamuflyaj geyinmiş şəxslər əvvəl yürüşün yolunu kəsib, sonra isə nümayişçilərə basqın ediblər. Xəsarət alanların əksəriyyətinin başı yarılıb.
BBC-nin hadisə yerindəki müxbiri xəbər verir ki, küçələrdə yerdə qanlar içərisində adamlar görüb.