15 Noyabr 2018 10:42
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda həbs edilmiş türk lobbist Kevin (Kamal) Öksüzə qarşı açılmış cinayət işi dəlil azlığına görə dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan jurnalistlərə açıqlamasında bildirib.

Lobbi fəaliyyətləri həyata keçirən Kevin (Kamal) Öksüzün Ermənistanda saxlanılmasından sonra Ankaraya ekstradisiya tələbini irəli sürən Türkiyə rəsmi İrəvandan rədd cavabı alıb.

Məlumatda bildirilirdi ki, Türkiyədən Ermənistan Baş Prokurorluğuna türk əsilli lobbist Kevin (Kamal) Öksüzün Ankaraya ekstradisiya edilməsi ilə bağlı tələb daxil olduğunu bildirib.

Əlavə edək ki, İnterpol tərəfindən axtarılan Öksüz avqust ayında Ermənistanda saxlanılmışdı. O, ABŞ Konqresinin Nümayəndələr Palatasına saxta sənəd təqdim etməkdə ittiham olunur.

Kamal Öksüz ABŞ vətəndaşlığı aldıqdan sonra adını Kevin Öksüz olaraq dəyişdirib.

Türkiyə tərəfi Kamal Öküsü Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə işbirliyində ittiham edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər