Perunun cənubundakı Takna şəhərindəki həbsxanada qiyam baş verib.
Məlumata görə, qiyam zamanı həbsxananın dörd əməkdaşı da girov götürülüb.
Münaqişə nəticəsində bir məhkum ölüb, daha bir nəfər isə xəsarət alıb.
Hazırda girovların azad edilməsi üzrə danışıqlar aparılır. Həbsxana ərazisinə təhlükəsizlik qüvvələri yeridilib./Trend/