Birləşmiş Ştatlar Prezident Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında yeni sammit hazırlığını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens açıqlama yayıb.
Onun sözlərinə görə, hazırda ABŞ prezidentlərin görüşü ilə bağlı plan üzərində işləyir: “Bütün millətlər birləşməli və Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmalıdır".
Qeyd edək ki, dünən Koreya Xalq Demokratik Respublikasının mərkəzi televiziyası uzun zamandır üzərində işlənən ultramüasir silah poliqonunda uğurlu sınaqlar haqda süjet yayımlayıb. Sinaqları Kim Çen In da izləyib
Mayk Pensin fikrincə, ABŞ əmindir ki, yeni yüksəktexnologiyalı silahın sınağına rəğmən Şimali Koreya verilən vədləri yerinə yetirəcək.