19 Noyabr 2018 00:43
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin uzun məsafəli uçuşlar zamanı təyyarədə adətən sənədlərlə tanış olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Peskov “Moskva. Rusiya. Putin” verilişinə müsahibə zamanı Putinin təyyarədə əsasən sənədlərlə tanış olduğunu, bəzi hallarda isə mətbuatdan seçmələrə göz atdığını bildirib.

Peskov qeyd edib ki, Putinin vaxt məhdudiyyəti olduğu üçün bədii ədəbiyyatı az oxuyur.


Müəllif: Teleqraf.com