Neftin qiyməti daha da ucuzlaşmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “twitter” səhifəsində yazıb.
Son aylarda neftin bir barrelinin qiymətinin 82 dollar səviyyəsindən 54 dollar/barrelə düşdüyünü xatırladan ABŞ Prezidenti buna görə Səudiyyə Ərəbistanına təşəkkür edib: “Lakin qiymətlər daha da ucuzlaşmalıdır”.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,86 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 54,75 dollara alıcı axtarır.
Xatırladaq ki, ötən günlərdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ölkəsinin dekabrda neft ixracını 500 min barrel azaldacağını bildirib.