Məşhur rus jurnalist Sergey Dorenkonun Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanla bağlı səsləndirdiyi fikirlər bu ölkənin Rusiyadakı səfirliyinin kəskin etirazına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Dorenko “Qovorit Moskva” radiosuna müsahibəsində Paşinyan və siyasi komandasını LGBT icmasının üzvlərinə və cinsi azlıqlara qarşı münasibətdə mühafizəkar olmaqda ittiham edib.
Jurnalist qeyd edir ki, homoseksualların Ermənistanda fəaliyyətini qadağan edən erməni baş nazir beynəlxalq LGBT Forumunun İrəvanda keçirilməsinə də icazə verməyib:
“Paşinyanın özü LGBT Forumu ilə bağlı şəxsən açıqlama vermədi. Amma Parisdəki LGBT icmasının nümayəndələri onun imicini zədələyəcək fikirlər səsləndirdilər. Bundan sonra onun imici tamamilə zədələnib. Ənənəvi ailə dəyərlərinə bağlı olan cəmiyyətlər kifayət qədərdir, ermənilər də istisna deyil. Yəni, ümumilikdə ermənilər mühafizəkardırlar. Lakin Paşinyanın son davranışları onun əsl simasını ortaya qoyur”.
Dorenkonun sözləri Ermənistanın Rusiyadakı səfirliyini qəzəbləndirib. Səfirlik açıqlama verərək, jurnalisti məlumatsızlıq, əxlaqsızlıq və ermənilərə qarşı qərəzli olmaqda ittiham edib:
“Cənab Dorenko əxlaq normalarını yaddan çıxarıb. Hər şeyi aparıb öz düşüncəsinə bağlayır”.