“Amerika əsgərlərinə öldürücü gücdən istifadə etməyə icazə vermişəm”.
Teleqraf.com xəbər verir ki, bu qalmaqallı açıqlamanı ABŞ prezidenti Donald Tramp deyib.
Prezident Latın Amerikası ölkələrindən ABŞ-a köç edən on minə yaxın qaçqının ölkəyə buraxılmayacağını da bildirib.
O əlavə edib ki, Latın Amerikası ölkələrindən gələn qaçqınların Meksika sərhədindən ABŞ-a daxil olmasının qarşısını kəsmək üçün iki ölkə arasında inşa edilməsi planlaşdırılan divarın çəkilməsi üçün lazım olan büdcənin ayrılmayacağı təqdirdə hökumətin fəaliyyətini dayandıra bilər.
Prezident əlavə edib ki, lazım olan anda ABŞ əsgərlərinin öldürücü gücdən istifadə etməsinə icazə veriləcək: “Əsgərlər öldürücü gücdən istifadə etmək məcburiyyətində qalacaqsa, mən buna icazə vermişəm. Ümid edirəm ki, əsgərlərimiz belə bir məcburiyyət qarşısında qalmaz”.