23 Noyabr 2018 12:06
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Voronej şəhərində həkimlər bir ayağı qanqrena olan 89 yaşlı qadının əməliyyat zamanı səhvən sağlam ayağını kəsiblər.

Teleqraf.com xəbər verir ki, həkimlərin bu səhvi qadına baha başa gəlib.

Xəstənin həyatını itirməsindən sonra ailəsi həkimlərdən polisə şikayət edib. Olayla əlaqədar istintaq başlayıb.

İlkin dindirilmədən sonra xəstənin sağlam ayağını kəsən həkimlər həbs edilib.

İstintaq davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər