24 Noyabr 2018 12:14
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Mark Karlton-Smit əmindir ki, Rusiya Böyük Britaniyanın milli təhlükəsizliyinə təhdiddir. Onun müttəfiqləri isə “Əl-Qaidə” və “İŞİD”dən də təhlükəlidir.

Teleqraf.com xəbər verir ki, o, “The Telegraph”a müsahibəsində bildirib ki, Rusiya öz milli maraqlarının genişləndirilməsi və qorunması üçün hərbi güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirib. Generalın sözlərinə görə, Moskva bu istiqamətdə Qərbin zəif tərəflərinə mütəmadi təzyiqlər göstərir. Xüsusilə, söhbət kiberfəza və kosmos kimi qeyri-ənənəvi sahələrdən gedir.

General Fransa Prezidenti Emmanuel Makronun vahid Avropa ordusunun yaradılması təşəbbüsünə şübhə ilə yanaşdığını da bildirib.

Əlavə edib ki, bu, Avropada təhlükəsizliyin dayağı olan Şimali Atlantika alyansının səmərəliliyini zəiflədə bilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər