Rusiya müdafiə sənayesi yeni müasir silahını nümayiş etdirməyi planlayıb. Tırtıllar üzərində hərəkət edəcək qurğuda üç modifikasiya quraşdırılacağı açıqlanıb.
Hazırda elektromaqnit topla təchiz olunmuş döyüş maşınının hazırlanması konsepsiyası nəzərdən keçirilir
Bu barədə Rusiyanın müdafiə sənayesi kompleksindəki mənbə məlumat yayıb.
Bildirilib ki, tırtıllı qurğu pilotsuz rejimdə idarə ediləcək.
Eyni zamanda tank elektromaqnit top, elektrotermokimyəvi artilleriya sistemi və döyüş lazeri ilə təchiz oluna bilər.
Belə olan halda qurğunu "Əsrin silahı" adlandırmaq olar.