Rusiya Prezidenti Vladimir Putin Krımda (Yalta) Dövlət Şurasının geniş tərkibli iclasına qatılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov Putinin tədbirdə iştirak üçün artıq Krıma gəldiyini açıqlayıb.
Prezidentin rəsmi saytında qeyd edilib ki, iclas qeyri-rəsmi formada – bölgələr üçün nəzərdə tutulmuş yeni formatda təşkil ediləcək.
Xatırladaq ki, ötən gün Rusiya hərbçiləri Kerç boğazında (Azov dənizi) Ukrayna gəmilərini atəşə tutub. Hadisə tərəflər arasında gərginliyə səbəb olub. Bu baxımdan, Putinin bu bölgəyə səfəri birmənalı qarşılanmır.
Onu da əlavə edək ki, məlum hadisəyədək Vladimir Putinin Krıma gələcəyi və belə bir tədbirin keçiriləcəyi haqda məlumat verilməmişdi.