Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən PKK terror təşkilatına qarşı əməliyyatlarda ələ keçirilmiş 343 terrorçudan 146-sı təşkilatla bağı bir sıra sirləri açıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, terrorçuların təslim olmasında təşkilat daxilində baş verən təcavüz halları və ailə faktoru önəmli rol oynayıb.
Polisə könüllü təslim olmuş qadın militanların ifadələrində ilginc faktlar yer alıb.
Vandan olan 25 yaşlı M.Y. ürək xəstəsi olan atasına görə PKK-ya qoşulduğunu iddia edib: “Atama görə təşkilata qoşuldum. Amma orada qızlara təcavüz edildiyinin şahidi oldum. 41 ay qaniçən vampirlərə xidmət etdim”.
Hakkaridən olan 23 yaşlı M.Ç. aldadılaraq PKK-ya üzv edildiyiyini bildirib: “İki il ərzində yaddaşımdan silinməyəcək edam vəhşilikləri, manyaklık həddində edilən təcavüzlərə şahid oldum”.
Bingöllü 21 yaşlı A.P. terrorçuların azyaşlı qızlara təcavüz etdiklərini etiraf edib: “Firaz Əhməd adlı qrup liderini Suriyadan gətirdikləri 13-14 yaşlı 4 qızla mağara içindəki hovuzda görəndə şok keçirdim. Təcavüzə uğrayan Dilan və Zeynəb özlərini gölə atdılar. Hüseyn və Davud isə qaçarkən, tutuldular və onları edam etdilər”.
Qeyd edək ki, Türkiyə Daxili işlər naziri Süleyman Soylu bu il “PKK ilə mübarizədə terrorçuları könüllü təslim olmağa razı salmaq” strategiyasını elan edib.
Xəbərin video-görüntüsünü təqdim edirik: