28 Noyabr 2018 19:33
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə aparılan danışıqda Rusiya və Ukrayna arasında yaşanan gərginlik müzakirə edilib. Ərdoğan Poroşenko və Putinlə apardığı telefon danışıqları barədə Trampı məlumatlandırıb.

16:01

Noyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, dövlət başçıları Kerç boğazında baş vermiş hadisədən sonra Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyəti müzakirə ediblər.

Türkiyə Prezdenti mövcud problemlərin diplomatik yolla həllinin vacibliyini və əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bu gün Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə də telefonda bu mövzunu müzakirə edib.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər