ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen “Rusiya araşdırmasında Konqresə yalan informasiya verməsi” ittihamını qəbul edib.
Teleqraf.com xəbər verir ki, Koen Nyu-Yorkun federal məhkəməsində hakim qarşısına çıxıb.
Məhkəmə prosesində Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin komandasında çalışan prokuror da iştirak edib.
Maykl Koen məhkəmə binasını tərk edərkən açıqlama verməyib.
Qeyd edək ki, Donald Trampın sabiq vəkili Koen avqust ayında Nyu-Yorkun federal prokurorları ilə anlaşmışdı. Vəkil “bank saxtakarlığı, “vergidən yayınma” və “seçki kampaniyası maliyyələşdirilməsində qanun pozuntuları” ittihamlarını qəbul etmişdi.