İndoneziyanın Sumatra adasının Açex əyalətində 113 məhbus həbsxanadan qaçıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Sinxua agentliyi Ədliyyə Nazirliyi və insan haqları nümayəndəsinə istinadla məlumat yayıb.
İnsident dünən baş verib. Məhbuslar pəncərədəki barmaqlıqları sındıraraq qaçmağa nail olublar.
Hüquq-mühafizə orqanları 4 məhbusu saxlaya bilib. Polislər digər məhkumların axtarışını davam etdirir.