Fiqurlu konkisürmə üzrə dünya çempionu rusiyalı Yelizaveta Tuktamışevanın məşhur futbolçu Neymarın “PSJ” – “Liverpul” qarşılaşmasında performası ilə bağlı sosial şəbəkədəki paylaşımı rekord qırıb.
Teleqraf.com xəbər verir ki, konkisürən Tvitterdəki paylaşımında Neymarın 90 dəqiqə boyunca bir neçə dəfə yıxıldığına işarə edib:
“PSJ – “Liverpul” matçını izlədim. Kariyeram ərzində Neymarın 90 dəqiqədə yıxılmasından mən buz üstündə daha az yıxılmışam”.