3 Dekabr 2018 10:07
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya polisi potensial cinayətkar və qurbanları cinayət baş verməzdən əvvəl müəyyənləşdirməyə imkan verən süni intellektin testinə başlayıb.

Teleqraf.com “ictnews”-a istinadla xəbər verir ki, “NDAS” adlanan neyron şəbəkə yerli və milli polisin məlumat bazaları əsasında işləyir və törədilmiş cinayətlər haqqında 1 terabayt tutumlu məlumata malikdir. Həmçinin onun yaddaşına 5 milyon cinayət tarixçəsi həkk olunub.

Məlumata görə, 1,4 milyon identifikatoru yoxladıqdan sonra qərar çıxaran “Polis” cinayət törədə biləcək insanların və hətta cinayətkarların hansı silahdan istifadə edəcəklərinin reytinqini tərtib edir.

Yerləşdirilmiş məlumat bazasında hər bir şəx cinayətkar fəaliyyət riski üzrə qiymətləndirilir. Bu məlumatlar əsasında insanla polis və ya sosial xidmətlər işləməyə başlayır.

Bildirilir ki, hazırda pilot layihə çərçivəsində sistemdən Böyük Britaniyanın müxtəlif şəhərlərinin səkkiz polis bölməsi istifadə edir.

Layihə rəhbəri Yan Donnelli qeyd edib ki, polis risk zonasına daxil olan insanları həbs etməsə də, onlarla profilaktik söhbətlər aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər