4 Dekabr 2018 12:03
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Çina Haspel Senatın qapalı toplantısında Camal Qaşıqçı cinayəti ilə bağlı məlumat verəcək.

Teleqraf.com xatırladır ki, ötən həftə Senatda baş tutan qapalı müzakirələrdə senatorlara jurnalistin qətli haqqında dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Mettis məlumat verib.

Sonuncu qapalı müzakirələrə MKİ direktorunun qatılmaması ciddi diqqət çəkib və senatorlar hesab edib ki, Ağ Ev bilərəkdən MKİ direktorunun Senatdakı müzakirələrdə iştirakına imkan verməyib.

MKİ direktoru Senatın xarici əlaqələr, silahlı xidmətlər, ödəmələr komitəsində respublikaçı və demokratların liderləri ilə bir araya gələcək.

Onu da xatırladaq ki, MKİ direktoru Qaşıqcı cinayətindən az sonra İstanbula səfər etmişdi. Burada ona jurnalistin öldürülməsini əks etdirən səs qeydləri və digər sübutlar təqdim olunmuşdu.


Müəllif: Cavad

Oxşar xəbərlər