9 Dekabr 2018 11:41
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEC-in Vyanada keçirilən iclasında Özbəkistan, Çad, Cənubi Afrika Respublikası və Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının sədri Süheyl əl-Məzrui məlumat verib.

Xatırladaq ki, OPEC 1960-cı ildə yaradılıb və dünyada çıxarılan neft ehtiyatlarının 80 faizinə nəzarət edir. Dünya neftinin 40 faizindən çoxu OPEC-in üzvü olan ölkələrdə istehsal edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər