ABŞ-ın regionlarında qar qasırğası ciddi fəsdlara yol açıb.
Teleqraf.com xəbər verir ki, təbii fəlakət səbəbindən təxminən 2 min aviareys təxirə salınıb, bundan başqa, 276 min amerikalı işıqsız qalıb.
Qeyd edək ki, bir neçə gün öncə artıq Nyu-Meksika və Şimalı Korolina ştatı ərazisində qasırğa proqnozu ilə əlaqədar əhaliyə xəbərdalıq edilmişdi.
Məlumata görə, bəzi ştatlarda yağan qarın hüdürlüyü 50 sm, hətta 70 sm-a çatır.