12 Dekabr 2018 22:13
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriya ilə sərhədə hərbi texnika və xüsusi təyinatlı dəstələri göndərib.

Teleqraf.com xəbər verir ki, hazırda Türkiyə ordusunun hərbi texnikası Hatay vilayəti istiqamətində irəliləyir.

Bildirilir ki, texnika və xüsusi təyinatlı dəstələr sərhəd-keçid məntəqələrində yerləşdiriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun yaxın günlərdə Suriyanın şimalında PKK terror təşkilatının qanadı olan PYD/YPG-yə qarşı yeni hərbi əməliyyata başlayacağını bəyan edib.


Müəllif: Teleqraf.com