13 Dekabr 2018 10:21
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Mixail Kohen “Rusiya izi” işi çərçivəsində 3 il müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, Kohen ötən ilin martında “Rusiya izini” araşdıran qrupa təslim olaraq onlarla iş birliyinə hazır olduğunu bildirmişdi.

Xüsusi prokuror Müllerin apardığı araşdırmada prezidentin vəkili seçki kampaniyası zamanı maliyyə qanunlarını pozmaq, bank oğurluğu, vergi qaçaqçılığı, Konqresə yalan danışmaq, prezident seçkilərinə təsir etməyə çalışmaq, Tramp üçün iki qadına ödəniş etmək və Moskvada əmlak projesi üçün Trampa vasitəçilik etmək kimi mövzularda yalan danışmaqda ittiham olunurdu.

Məhkəmə zamanı vəkil Kohen “bu gün azadlığımı geri aldığım gündür, prezidentin “çirkli işlərindən” xilas oldum” deyə çıxış edib.

Qeyd edək ki, Kohen Trampın yaxın ətrafında “Rusiya izi” araşdırması çərçivəsində həbs edilən yeganə şəxsdir.


Müəllif: Cavad

Oxşar xəbərlər