14 Dekabr 2018 21:16
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, prezidentlər ikitərəfli münasibətlər, təhlükəsizlik, terror və Suriya böhranı ilə bağlı son vəziyyəti müzakirə ediblər. Türkiyənin dövlət başçısı PKK, PYD və YPG terror təşkilatları ilə bağlı narahatlığını Prezident Donald Trampın diqqətinə çatdırıb.

Tərəflər Suriya məsələsini daha sıx şəkildə əlaqələndirmək barədə razılaşıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər