Ermənistanda hərbi hissələrdən birində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda 19 yaşlı əsgər Andranik Hovannisyanın odlu silahdan açılan atəş nəticəsində başından yaralandığı bildirilir.
Xəstəxanaya aparılan əsgərin vəziyyəti ağırdır. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Araşdırma aparılır.