18 Dekabr 2018 11:42
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatının “Moss Park” ərazisində yerləşən Mari Ceyn gölündə çimən 10 yaşlı qız qorxunc bir hadisə ilə üzləşir. O, sahildən təxminən 2 funt məsafədə idi.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, yeniyetmə qız qəfildən sağ ayağına nəyinsə toxunduğunu hiss edir, lakin əhəmiyyət vermir. Sonradan hiss etdiyi şiddətli ağrı ayağının hansısa heyvanın dişləri arasında olduğuna əmin olur.

Buna baxmayaraq, özünü itirməyən məktəbli bütün gücünü toplayaraq ayağını özü də bilmədiyi heyvanın ağzından çıxartmağa çalışır və möcüzə nəticəsində buna nail olur.

Qızın qışqırıq səsinə gələn xilasedicilər isə baş vermiş hadisədən şoka düşdüklərini etiraf edirlər. Qıza hücum edən “göl sakini”nin nəhən bir timsah olduğu açıqlanıb.

Mütəxəssislər timsahın dişlərinin ayaqdakı izlərinə rəğmən, onun çox qorxulu yırtıcı olması qənaətinə gəliblər.

Hazırda hücuma məruz qalmış qız “Nemur” Uşaq Xəstəxanasında müalicə olunur. Həkimlərin dediyinə görə, onun yarası həyatı üçün təhlükəli deyil.

“Orange County Park” İstirahət Kompleksinin meneceri Matt Sudmeyerin sözlərinə görə, artıq qızın ayağını dişləyən timsah xilasedicilər tərəfindən tutulub. Lakin buna baxmayaraq, təhlükəsizlik tədbirləri çərçivəsində parkın sahil hissəsi bir həftəliyə bağlanıb.

Xəbərə görə, bir il əvvəl elə bu parkda analoji hadisə zamanı ikiyaşlı Lane Graves adlı uşaq faciəli şəkildə həlak olub. Qısa zaman kəsiyində timsah tutularaq öldürülüb.

Floridanın Balıqçılıq və vəhşi təbiət Komissiyasının hesabatına görə, 1948-ci ildən Florida əyalətində təxminən 388 timsah hücumu qeydə alınıb. Hücumlardan 24-də insan ölümü qaçılmaz olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər